“Huawei”ə bir zərbə də - "SAMSUNG" VƏ "LG"DƏN GƏLDİ

10-09-2020, 00:06           
“Huawei”ə bir zərbə də - "SAMSUNG" VƏ "LG"DƏN GƏLDİ
ABŞ təzyiqinə qarşı mübarizə aparmağa çalışan “Huawei” bu dəfə Cənubi Koreyalı tədarükçüləri tərəfindən zərbə aldı.

FED.az xəbər verir ki, “Samsung” və “LG” “Huawei”in yüksək səviyyəli telefonları üçün panel satışını dayandıracaq.

Bunun səbəbi ABŞ-ın avqust ayında qəbul etdiyi yeni bir qərarla “Huawei”ə qarşı məhdudiyyətləri sərtləşdirməsidir. Buna görə ABŞ texnologiyasından istifadə edərək istehsal olunan məhsullar xüsusi lisenziyasız Çin texnologiyasına satıla bilməz. “Samsung” və “LG”nin istehsal etdiyi ekranların işləməsini təmin edən çiplər arasında ABŞ mənşəli texnologiya da var. Bu səbəbdən, iki şirkət qadağanın başladığı 15 sentyabr tarixindən etibarən “Huawei”yə satışı dayandıracaq.

Məlumata görə, “Huawei”ə satışların ümumi istehsalın yalnız kiçik bir hissəsini təşkil etdiyi üçün bunun “Samsung” və “LG”yə ciddi bir təsir göstərməyəcəyini bildirilib.

ABŞ-ın son qadağasından sonra “Huawei” prosessor istehsalını dayandırmağa qərar vermişdi.

Şirkətin istehlak məhsulları direktoru Riçard Yu "15 sentyabrdan sonra Kirin prosessorlarını istehsal etməyə davam etməyəcəyik. Son sanksiya qərarından sonra Amerika texnologiyasından istifadə edən şirkətlərlə işbirliyimiz əngəlləndi ​​və onsuz bir prosessor istehsal edə bilmərik" deyə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru