Əhməd Əhmədzadədən DTX-ya şikayət olundu... - Müraciət...

11-09-2020, 09:56           
Əhməd Əhmədzadədən DTX-ya şikayət olundu... - Müraciət...
Erməni əsirliyində saxlanılan Dilqəm Əsgərovun vəkili Dövlət Təhlükəsizlik Xidmətinə Melorasiya və Su Təsərrüfatı Acıq Səhimdar Cəmiyyətindən şikayət ərizəsi verib.

Dominant.az-a bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

Onun sözlərinə görə, ailəsi Melorasiya və Su Təsərrüfatının özbaşınalığından narazıdır:

"Atam 7 ilə yaxındır əsir saxlanılan Şuşa qalasından Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib. Bildiyimiz ki, dünən Melorasiya və Su Təsərrüfatı ASC-nin rəsmiləri açıqlama veriblər ki, Dilqəm Əsgərova məxsus Şəmkir və Daşkəsən rayonları ərazilərində torpaq sahələri, torpaq sahələrində ferma və digər olacaqları olmayıb və bu ağ yalandır.
Bildirmək istəyirəm ki, sonuncu dəfə Kəlbəcər rayonuna ziyarətə getməzdən bir gün qabaq, yəni 2014-cü ilin may ayında bizə 100 illik etibarnamə verib. Biz də o etibarnamədən istifadə edərək atamın adından Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirik ki, bu məsələ ədalətli şəkildə araşdırılsın", - deyə K.Əsgərov qeyd edib.

O, həmçinin əlavə edib ki, əgər melorasiya işçilərinin dediyi kimi, qaldırdığımız məsələ ağ yalandırsa, icarə müqavilələri necə verilib: "Bilmək istəyirik ki, icarə müqavilələrinə imza atanlar, rəsmi möhür vuranlar kimlərdir? Xahiş edirik ki,məsələ tam, ədalətli şəkildə araşdırılsın və düzgün şəkildə həllini tapsın" - deyə K.Əsgərov sözlərinə əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru