"Bircə çıxıb deməsinlər ki, biz əmr qulu idik, xub, sizə haqsız və..."- Politoloq Əli Həsənova cavab verdi Politoloq Əli Həsənova cavab verdi

11-09-2020, 22:34           
"Bircə çıxıb deməsinlər ki, biz əmr qulu idik, xub, sizə haqsız və..."- Politoloq Əli Həsənova cavab verdi
Teref.az xəbər verir ki, politoloq Natiq Cəfərli Əli Həsənova cavab verib.Natiq Cəfərli cavabında yazır:
Əli Həsənov uzun illərdir rəzil günə qoyduğu, dizayn etdiyi, təlimatlandırdığı medianı "yalan makinası" adlandırıb. Bir gün hər kəs öz qazdığı quyuya, qurduğu tələyə düşəcək.
Dara düşən kimi azad media, müstəqil məhkəmə axtarırlar, illərdir şər və yalan üzərinə inşa etdikləri media siyasətini, zənglə, tapşırıqla hökm çıxardan, Tofiq bəy kimi insana iş tikən məhkəmələri kim yaradıb?!
Kimdir günahkar?!
Bircə çıxıb deməsinlər ki, biz əmr qulu idik, xub, sizə haqsız və hüquqsuz əmr verənə səsinizi çıxarda bilmirdinizsə, o zaman bu gününüzü haq etmisiniz..
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.