Trampın “heç kimə bəlli olmayan” silahının nə olduğu üzə çıxdı

13-09-2020, 00:02           
Trampın “heç kimə bəlli olmayan” silahının nə olduğu üzə çıxdı
ABŞ Prezidenti Donald Trampın nə Rusiyada, nə də Çində bənzəri olmadığını söylədiyi silahı çox güman ki, W76-2 nüvə başlıqlarıdır.

Bu barədə “Popular Mechanics” nəşri yazıb.

“Çox güman ki, prezident “Trident D-5” ballistik raketlərində yerləşdirmək üçün nəzərdə tutulan W76-2 nüvə başlıqlarını nəzərdə tutur”, - deyə nəşr bildirib.

Sözügedən raketləri sualtı gəmilərdən buraxmaq mümkündür. Ekspertlər qeyd edir ki, bu cür başlığın partlaması nəticəsində yaranan güc Xirosimaya atılmış nüvə bombasından altı dəfə güclü ola bilər.correct.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru