Livan erməniləri İrəvana və Qarabağa axışır – Şok rəqəm

14-09-2020, 00:00           
Livan erməniləri İrəvana və Qarabağa axışır – Şok rəqəm
4 avqustda Beyrutda baş verən dəhşətli partlayışdan sonra bu ölkədən Ermənistana 1100-dən çox erməni gəlib.

Axar.az xəbər verir ki, bu barədə dispor üzrə baş komissar Ovannes Aleksanyan deyib.

O deyib ki, gələnlərin işlə təmin olunmasına dövlət qurumları ilə yanaşı, özəl kampaniyalar da yardım edir.

“Livan ermənilərinin böyük əksəriyyəti İrəvanda yerləşdirilib, 10 nəfər isə Qarabağda məskunlaşdırılıb”.

Qeyd edək ki, Livan ermənilərinin qanunsuz olaraq işğal altındakı Qarabağda yerləşdirilməsi prosesini Ermənistan hətta gizlətmir də. Buna baxmayaraq, yerləşdirilənlərin daha çox olduğu, sadəcə, gizlədildiyi ehtimalı çox yüksəkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru