SİYAVUŞ NOVRUZOVU KİMİN ƏVƏZ EDƏCƏYİ MƏLUM OLDU - YAP-da yeni müavin...

14-09-2020, 19:19           
SİYAVUŞ NOVRUZOVU KİMİN ƏVƏZ EDƏCƏYİ MƏLUM OLDU -
Məlum olduğu kimi, Ramiz Mehdiyevin sərt karantin dövründə təşkil etdiyi toy məclisində iştirak edən deputat Siyavuş Novruzov ciddi tənqidlərə və ittihamlara tuş gəlib. Nəticədə uzun illər yerinə yetirdiyi YAP-ın icraçı katibinin müavini vəzifəsilə vidalaşmalı olan S.Novruzov hələlik parlamentdə komitə sədri postunu saxlamaqdadır.

“AzPolitika.info”-ya məlumatlı mənbələrdən daxil olan xəbərə görə, S.Novruzovun bir müddət əvvəl vidalaşdığı YAP-ın icraçı katibi vəzifəsinin yeni sahibi məlum olub. Bu postu hakim partiyanın Qaradağ rayonundan deputatı, YAP Siyasi Şurasının üzvü, YAP-ın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov tutacaq.

Aydın Hüseynov 1962-ci ildə Tovuz rayonu Çatax kəndində anadan olub. Azərbaycan Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Uzun illər maliyyə sistemində müxtəlif vəzifələr tutub.

Ardıcıl iki dəfə Qardağ rayonundan YAP-ın deputatı seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru