Bu gün Vaşinqtonda iki ərəb dövləti ilə İsrail arasında saziş imzalanır

15-09-2020, 11:24           
Bu gün Vaşinqtonda iki ərəb dövləti ilə İsrail arasında saziş imzalanır
Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ABŞ-ın vasitəçiliyi ilə bu gün Vaşinqtonda İsraillə əlaqələrin rəsmiləşdirilməsi ilə bağlı saziş imzalayacaqlar.

Teref.Az SalamNews-a istinadən xəbər verir ki, ötən gün Birləşmiş Ərəb Əmirlikləri XİN rəhbəri Abdullah bin Zayid Ali-Nihyan, Bəhreynin xarici işlər naziri Əbdül-Lətif əz-Zayani və İsrail baş naziri Benyamin Netanyahu Vaşinqtona gediblər.

Bu gün ABŞ prezidenti Donald Trampın da qatılacağı və çıxış edəcəyi mərasimdə iki ərəb dövlətilə İsrail saziş imzalayacaqlar.

Məlumata görə saziş imzalanmadan öncə dördtərəfli görüş keçirəcək.

Fələstinin baş naziri Məhəmməd Aştiya sazişin imzalandığı bu günü ərəb dünyası üçün çox acı gün adlandırıb.

BƏƏ və Bəhreynin bu addımı ərəb və müsəlman dünyasında böyük etirazlara səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru