Rusların dost və düşmən saydığı ölkələr - Siyahıda Azərbaycan da var

16-09-2020, 18:22           
Rusların dost və düşmən saydığı ölkələr -
Rusiyanın Levada Mərkəzi ölkə vətəndaşları arasında sorğu keçirib.

Sorğuda yerli vətəndaşlar dost və düşmən hesab etdikləri ölkələrin adını çəkiblər.
Respondentlərin 58%-i Belarusu, 40%-i Çini, 35%-i Qazaxıstanı və 17%-i Ermənistanı dost ölkələr sırasına daxil edib.

Maraqlıdır ki, rəyi soruşulanlar arasında Azərbaycana dost deyən rusların sayı 13% olub. Dost ölkələr sırasına Hindistan (13%), Almaniya (10%), Ukrayna (4%) də daxil olub.

Rusların düşmən kimi baxdığı ölkələr sırasına ABŞ (60%), Ukrayna (35%), Böyük Britaniya (29%), Latviya (26%), Litva (26%), Polşa (25%), Gürcüstan (16%) və Almaniya (15%) daxil olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru