Minsk qrupu özünü təlxək yerinə qoyub? – “GÜLÜNC AÇIQLAMA”

17-09-2020, 11:22           
Minsk qrupu özünü təlxək yerinə qoyub? –
“Tovuz hadisələrindən 2 ay keçəndən sonra yatıb-yatıb indi ayılan Minsk qrupu hansı siyasi etikanın sahibidir?!”

Bu fikirləri Qazet.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov səsləndirib. Minsk qrupunun uzunmüddət sonra keçirdiyi iclasa toxunan ekpert verilən açıqlamaların pərdəasmaqdan başqa bir şey olmadığını qeyd edib.

“Anji Kaspşik və 3 həmsədrlər nəhayət ki, gözdən pərdə asmaq üçün iclas keçiriblər. Sentyabr ayının ortasında utanmazcasına həmsədrlər Ermənistan-Azərbaycan sərhədində iyul ayında yaranmış gərginliyi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti müzakirə ediblər. Siz bəyənatdakı bu cümləyə baxın: Həmsədrlər bəyanatla çıxış edərək Azərbaycan və Ermənistan XİN başçılarını yaxın həftələrdə “qeyd-şərtsiz” danışıqlara başlamağa çağırıb.

Gülməlidir. Tovuzda Azərbaycana hücum edən, Şuşada yallı gedən, Qarabağla bağlı danışıqları pozacaq bəyanatlar verən Ermənistana etiraz etmək əvəzinə həmsədrlər 2 ay yatdıqdan sonra indi ayılaraq hər iki tərəfi danışıqlara səsləyirlər… ATƏT-in MQ artıq özünü tam çılpaqlığı ilə rüsvay etdi….”, – deyə Zaur Məmmədov əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru