Rəsmi Moskvadan Dağlıq Qarabağ AÇIQLAMASI

17-09-2020, 21:33           
Rəsmi Moskvadan Dağlıq Qarabağ AÇIQLAMASI
“Regiondakı qaçqın və köçkünlər məsələsi də daxil olmaqla, Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş danışıqlar prosesinin bərpasına diqqət ayırmalıyıq”.

Teref.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.

“ATƏT-in Minsk qrupu həmsədrləri sentyabrın 14-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə məsləhətləşmələr apardı, vasitəçilərin Dağlıq Qarabağ nizamlanması kontekstində gələcək addımlar, o cümlədən nazirlərin hər biri ilə üçlüyün ayrı-ayrı görüşlərinin keçirilməsi barədə təkliflərini onlara çatdırdı. Tərəflərdən müsbət reaksiya gözləyirik”, – M.Zaxarova bildirib.Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru