Rusiya və ABŞ arasında Qarabağ müzakirəsi

18-09-2020, 00:06           
Rusiya və ABŞ arasında Qarabağ müzakirəsi
Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ABŞ-ın Moskvadakı səfiri Con Sallivin ilə telefon əlaqəsi saxlayıb.
Yenixeber.org: Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Belarusda baş vermiş son hadisələr, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət müzakirə olunub.

“Rusiya tərəfi daxili siyasi proseslərə hər hansı müdaxilənin, sabitliyi pozmaq və kənardan birtərəfli vasitəçilik xidmətlərini qəbul etdirmək cəhdlərinin yolverilməzliyini vurğulayıb. Belarusun siyasi sisteminin liberallaşdırılmasına yönəlmiş Konstitusiya islahatının keçirilməsi təşəbbüsünün, bu prosesə vətəndaş cəmiyyətinin, əmək kollektivlərinin və işgüzar dairələrin nümayəndələrinin cəlb edilməsinin perspektivliliyi qeyd olunub”.- deyə Rusiya XİN bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru