ABŞ prezidenti "WikiLeaks"in qurucusunu bağışlayacaq - bir şərtlə

19-09-2020, 00:01           
ABŞ prezidenti "WikiLeaks"in qurucusunu bağışlayacaq - bir şərtlə
ABŞ prezidenti Donald Tramp deyib ki, əgər Demokratlar Partiyasının serverlərində saxlanılan məktubların mətnlərini kimdən aldığını desə, "WikiLeaks"in qurucusu Culian Assanjı bağışlayacaq.

ABŞ prezidenti Donald Tramp "WikiLeaks"in qurucusu Culian Assanjı bağışlamağa hazırdır. Amma bir şərtlə ki, o, Demokratlar Partiyasının serverlərində saxlanılan məktubların mətnlərini kimdən aldığını desin.

Teref.az Report-a istinadla xəbər verir ki, bu barədə "Reuters"ə Assanjın vəkili məlumat verib.

2016-cı ildə Demokratlar Partiyasının serverlərindəki gizli məlumatların dərc edilməsi Donald Trampın rəqibi Hillari Klintonun seçki kampaniyasına təsir göstərən mənfi amillərdən biri olmuşdu.

H.Klinton özü sızmanı məğlubiyyətinin əsas səbəblərindən biri adlandırmış və serverlərin "sındırılma"sına görə rusiyalı hakerləri günahlandırmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.