ABŞ İranın Müdafiə Nazirliyinə və Venesuela prezidentinə qarşı sanksiya tətbiq edib

22-09-2020, 03:31           
ABŞ İranın Müdafiə Nazirliyinə və Venesuela prezidentinə qarşı sanksiya tətbiq edib
Rəsmi Vaşinqton İrana və bu islam respublikası ilə əməkdaşlığına görə Venesuela prezidenti Nikolas Maduroya qarşı sanksiya tətbiq edib.

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

Onun sözlərinə görə, sanksiya tədbirləri ölkənin nüvə proqramında iştirakına görə beş iranlı alimə və İran müdafiə sənayesinə, onun rəhbərliyinə, həmçinin Venesuela prezidenti Nikolas Maduroya qarşı tətbiq olunur. Pompeo deyib ki, müvafiq fərman ABŞ prezidenti Donald Tramp tərəfindən 21 sentyabrda imzalanıb.

“Bu fərmana əsasən, ilk addım İran Müdafiə Nazirliyinə və İran Silahlı Qüvvələrinin maddi-texniki bölmələrinə sanksiyaların tətbiq edilməsidir. Həmçinin İranla əlaqəsinə görə Maduroya qarşı sanksiya tətbiq olunur”, - Pompeo belə deyib.

O, ABŞ-ın yalnız sanksiya tətbiq etməyəcəyini, həm də Tehrana qarşı silah embarqosunu bərpa edəcəyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru