"Rusiya Lavrovun açıqlamasını Ermənistanın maraqlarına xidmət edərək inkar etdi" - POLİTOLOQ

25-09-2020, 00:40           
"Rusiya Lavrovun açıqlamasını Ermənistanın maraqlarına xidmət edərək inkar etdi" - POLİTOLOQ
“Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiyaya işgüzar səfəri çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaları sonradan təkzib etməsi Ermənistanla bağlıdır”.

Bunu KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

O, qeyd edib ki, Lavrov işğal olunan 5 rayonun geri qaytarılması ilə bağlı həqiqətən fikir səsləndirib:

“Azərbaycan Milli Məclisinin mətbuat mərkəzi heç vaxt qeyri-ciddi xəbəri yaymazdı. Sadəcə Sergey Lavrovun bu fikrinin Ermənistan-Rusiya münasibətlərinə təsir edəcəyini düşünüb dərhal təkzib etdilər. Görünür, Rusiya bu fikrin Azərbaycan ictimaiyyətinə açıqlanacağını gözləmirdi”.

Politoloq vurğulayıb ki, yenə də Rusiya bu məsələyə ikili münasibət göstərib:

“Rəsmi xəbər çıxandan sonra Ermənistanın maraqlarına xidmət edərək inkar etdi. Əslində Lavrovun bu açıqlaması Azərbaycanın əleyhinədir, çünki 5 rayonun əvəzində kommunikasiyanın, sərhədlərin açılması söylənilsə də 2 rayon (Laçın və Kəlbəcər) və Qarabağın taleyi haqda bir kəlmə danışılmadı. Əlbəttə, bu Azərbaycanın maraqlarına ziddir. Ölkəmiz onsuz da Rusiyadan münaqişənin həlli ilə bağlı hər hansı müsbət irələyiş gözləmir. Rəsmi Moskvanın Ermənistanı silahlandırması bunu deməyə əsas verir. Ümumiyyətlə Azərbaycan özünün hərbi gücünü qüvvətləndirməli, prinsipial olaraq Türkiyə ilə əməkdaşlığı davam etdirməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru