Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Ermənistan-Azərbaycan münaqişəsindən danışdı

28-09-2020, 12:07           
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Ermənistan-Azərbaycan münaqişəsindən danışdı
"Biz görürük ki, bu məsələni yalnız siyasi-diplomatik metodlardan istifadə yolu ilə həll etmək mümkündür və Rusiya hər şəkildə sülhə nail olmağa çalışacaq", – Narışkin bildirib.

Ermənistan və Azərbaycan arasında münaqişənin eskalasiyası təəssüf doğurur, bunu yalnız siyasi-diplomatik yolla həll etmək olar.

Sputnik Azərbaycan -yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin Direktoru Sergey Narışkin bazar ertəsi jurnalistlərə verdiyi açıqlamada deyib.

"Ermənistan və Azərbaycan arasında münaqişənin eskalasiyası şübhəsiz ki, təəssüf doğurur. Təəssüflər olsun ki, qurbanlar var, tərəflər ağır silahlar da tətbiq edirlər. Biz görürük ki, bu məsələni yalnız siyasi-diplomatik metodlardan istifadə yolu ilə həll etmək mümkündür və Rusiya hər şəkildə sülhə nail olmağa çalışacaq", – o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru