“Hizbullah” lideri:"Biz İsraillə müharibəyə başlamaqda maraqlı deyilik"

5-03-2021, 00:10           
“Hizbullah” lideri:"Biz İsraillə müharibəyə başlamaqda maraqlı deyilik"
“Hizbullah” İsraillə müharibəyə başlamaqda maraqlı deyil”.

“Newsru” xəbər verir ki, bunu Livanın “Hizbullah” silahlı qruplaşması sədrinin müavini Naim Qasimi bildirib.

“Biz müdafiə xarakterli döyüş hazırlığı vəziyyətindəyik. Əgər müharibə başlayarsa, o, İsrail ərazisində olacaq”, – o, qeyd edib.

Naim Qasimi “Hizbullah”ın tərksilah edilməsi ilə bağlı çağırışları təkzib edib/Report.

Xatırladaq ki, 2006-cı ildə İkinci Livan müharibəsindən sonra BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 1701 saylı qətnaməsi qruplaşmanı tərksilah olunmağa çağırıb.

Qeyd edək ki, son həftələr İsrail ordusu bir neçə təlim keçirib. Təlimdə “Hizbullah”ın fəaliyyəti ilə bağlı tapşırıqlar yerinə yetirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru