Rusiya hərbi təxribat hazırlayır: Müharibə riski artır

10-03-2021, 09:37           
Rusiya hərbi təxribat hazırlayır:
Rusiya Donbasda hərbi təxribat hazırlaya bilər.

KONKRET.az xəbər verir ki, bunu Üçtərəfli Təmas Qrupunun Ukraynadan olan üzvü Sergey Qarmaş bildirib.

“Almanlar və fransızlar “Normand” formatı çərçivəsində tərəflərə təkliflərlə bağlı işi tamamlayıb. Müharibəni bitirmək üçün yol xəritəsi hazırlanıb. İndi Rusiyanın bu addımlara reaksiyasını gözləyirlər.

“Normand dördlüyü”ndəki vəziyyətdən narazı qalan və təşəbbüsü itirdiklərini görən Rusiya Donbasda hərbi təxribat hazırlayır ki, bu da rus sülhməramlılarının işğaldakı torpaqlara daxil olmasına səbəb ola bilər. Təxribatın Ukrayna Silahlı Qüvvələrinin əks hücumuna səbəb ola biləcəyindən qorxaraq müdafiəyə hazırlaşırlar”, – S.Qarmaş qeyd edib.

Qeyd edək ki, son günlər Donbasda yenidən müharibənin başlayacağı barədə ardıcıl məlumatlar yayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru