“Qarabağın müstəqilliyinin tanınması gündəmimizdədir” – Manukyan

10-03-2021, 19:10           
“Qarabağın müstəqilliyinin tanınması gündəmimizdədir” – Manukyan
"Qarabağın müstəqilliyinin tanınması vətənpərvər bir addım deyil, siyasi məsələdir; bəzi şərtlər nəzərə alınaraq qərar verilməlidir”.

Teref.az xəbər verir ki, bu sözləri Ermənistan müxalifətinin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan jurnalistlərlə söhbətində deyib.

"Qarabağın tanınması məsələsi o anın siyasi məqsədəuyğunluğu ilə bağlıdır. Əgər bu addımı ataraq bütün dostlarımızla münasibətləri korlamırıqsa, tək qalmırıqsa, qəbul etməliyik. Başqa sözlə, Qarabağın müstəqilliyi məsələsi gündəmimizdədir, lakin onun həlli praqmatizmlə bağlıdır”, – Manukyan bildirib.

(qazet.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru