Aralıqda iki güc var: biri Türkiyə, digəri... - Fransız tarixçi

15-03-2021, 09:18           
Aralıqda iki güc var:

Türkiyə ilə İsrail Şərqi Aralıq dənizinin iki mühüm faktorudur. Regiona marağı olan hər bir ölkə bu faktı nəzərə almalıdır.

Axar.az xəbər verir ki, bunu fransız tarixçi və politoloq Maksim Qauin deyib.

Qauin Suriyanın vətəndaş müharibəsindən əvvəlki vəziyyətə qayıdacağı ehtimalının olmadığını, Livanın uğursuz olacağını, Misirin isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanının yardımına ciddi ehtiyac duyduğunu açıqlayıb.

Onun sözlərinə görə, BƏƏ regional dövlət kimi görünməyə çalışsa da, Türkiyənin tayı olmadığını başa düşdükdən sonra Ankaraya qarşı kampaniyasını dayandırmağa məcbur oldu:

“Yunanıstan isə regionda əsas oyunçu sayılmır. O dövlətin nə real iqtisadiyyatı, nə istehsal gücü, nə texnologiyaları, nə də ki, müdafiə sənayesi var. Kim qaldı? Türkiyə və İsrail!"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru