“Qarabağdakı erməni silahlılarının sayı iki dəfə azalıb” - ekspert

19-03-2021, 10:32           
“Qarabağdakı erməni silahlılarının sayı iki dəfə azalıb” - ekspert
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri, hərbi ekspert Cəsur Məmmədov maraqlı iddia ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, ekspert Qarabağda erməni silahlılarının sayının 2 dəfə azaldığını deyib.

Onun sözlərinə görə, hazırda Qarabağda, rus sülhməramlılarının nəzarətində olan ərazimizdə 5 mindən artıq erməni silahlısı var. “4 ay bundan əvvəl onların sayı 10 mindən artıq idi”.

Cəsur Məmmədov bu məlumatları necə əldə etdiyinə də aydınlıq gətirib. O deyib ki, bu məlumatları əsasən erməni mənbələrindən toplayırlar. “Xüsusilə də Ermənistanın nisbətən müstəqil QHT-lərindən. Aydındır ki, eyni zamanda bölgədəki vəziyyəti təhlil edirik. Məsələn, Ermənistandan Azərbaycana əsgər göndərmə intensivliyi və s. Xarici jurnalistlərlə də əlaqələr qurub müəyyən rəqəmlər əldə edirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru