Roman Abromoviç “Çelsi”ni Putinin tapşırığı ilə alıb? – Milyonçu yazıçını məhkəməyə verdi

24-03-2021, 00:18           
Roman Abromoviç “Çelsi”ni Putinin tapşırığı ilə alıb? – Milyonçu yazıçını məhkəməyə verdi
“Çelsi”nin prezidenti Roman Abramoviç “HarperCollins” nəşriyyat evinə və yazıçı Katerin Beltona qarşı məhkəmə iddiası qaldırıb.

Teref.az xəbər verir ki, rusiyalı olixarqın bu addımına səbəb yazıçının “”Çelsi”ni Putinin tapşırığı ilə aldı” iddiaları olub. Məlumata görə, bu fikirlər qeyd edilən nəşriyyat evinin istehsal etdiyi və yazıçı Katerinin müəllifi olduğu kitabda əks olunub.

Abramoviç yayılan məlumatları böhtan adlandırıb və adıçəkilən yazıçını günahlandırıb. Onun sözlərinə görə, məhkəmədən öncə, problemin həll olunması istiqamətində addım atsa da, faydası olmayıb.

İş addımı bildirib ki, yayılan informasiya həm də klubun nüfuzuna ziyan vurub.

Qeyd edək ki, yazıçı Katerin Beltonun yazdığı “Putin’s People: How the KGB took back Russia and then took on the West” (Putinin adamları – KQB Rusiyanı necə geri aldı və Qərbə yönəldi) adlı kitabı 2020-ci ilin aprelində dərc olunub. sfera.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru