İrəvandan DANIŞIQLAR BARƏDƏ ilginc açıqlama - “SSRİ dövründəki bütün nəqliyyat kommunikasiyalarının bərpası...”

25-03-2021, 08:53           
İrəvandan DANIŞIQLAR BARƏDƏ ilginc açıqlama -
Ermənistan, Azərbaycan və Rusiya SSRİ dövründə fəaliyyət göstərən bütün nəqliyyat kommunikasiyalarının bərpa imkanlarını müzakirə edirlər.

Musavat.com-un məlumatına görə, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan parlamentdəki çıxışında söyləyib.

Onun sözlərinə görə, müzakirələr avtomobil və dəmir yollarının bərpası istiqamətində aparılır. Bununla bağlı üçtərəfli danışıqların baş nazir mavinləri səviyyəsində aparıldığını bildirən Qriqoryan müəyyən irəliləyişlərin olduğunu qeyd edib.

Ancaq əlavə edib ki, hələlik işlər ekspertlər səviyyəsində aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru