Ukrayna və Gürcüstanın NATO-ya nə zaman üzv olacağı məlum deyil

25-03-2021, 22:06           
Ukrayna və Gürcüstanın NATO-ya nə zaman üzv olacağı məlum deyil
“2008-ci ildə NATO-nun Buxarest sammitində Ukrayna və Gürcüstanın alyansa üzv olacağını elan etdik. Lakin vaxtını təyin etmədik”. “Report” xəbər verir ki, bunun təşkilatın Baş katibi Yens Stoltenberq deyib.

“İndi Ukrayna və Gürcüstanın üzvlüyə yaxınlaşmasına kömək edirik. Onlara təhlükəsizlik islahatları aparmasına, silahlı qüvvələr üzərində demokratik nəzarəti gücləndirməsinə, tədricən NATO standartlarına və ittifaqa üzvlüyünə yaxınlaşmasına kömək edirik” - Yens Stoltenberq əlavə edib.

Onun sözlərinə NATO-ya üzv olmaq barədə qərar konsensusla qəbul edilir: “Bütün müttəfiqlər bununla razılaşmalıdırlar. Buna görə müttəfiqlərin Ukrayna və Gürcüstanın ittifaqa daxil olmağa tam hazır olduqlarını düşünəcəkləri vaxtı deyə bilmərəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru