“Qarabağ klanı” növbəti dəfə çətin vəziyyətlə üzləşib - GƏLİŞMƏ

26-03-2021, 08:58           
“Qarabağ klanı” növbəti dəfə çətin vəziyyətlə üzləşib - GƏLİŞMƏ
Ermənistanın keçmiş hakim “Respublika” Partiyasının sabiq prezident Robert Köçəryanla blok yaratmaq ehtimalı praktik olaraq istisna edilir.

Reyting.az erməni mətbuatına istinadla xəbər verir ki, sabiq prezident Serj Sarksiyanın nəzarətində olan “Respublika” Partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşsa da, seçkilərdə hansı formatda iştirak edəcəyini dəqiqləşdirməyib.

“Hraparak” qəzeti yazır ki, “Respublika” Partiyasının üzvləri öz liderlərinə təzyiq göstərirlər. Onlar partiyanın erkən parlament seçkilərindən imtina edəcəyi təqdirdə təşkilatın Ermənistandakı siyasi proseslərdən kənarda qalacağını deyirlər.

İndi əsas sual seçkidə iştirak formatının seçilməsidir. Robert Köçəryanın da seçkilərdə iştirakını nəzərə alan “Respublika” Partiyasının aparıcı hissəsi siyasi hadisələrdən kənarda qalmağı arzulamır.

Qəzet bildirir ki, S. Sarksiyanın liderliyində “Respublika” Partiyasının R. Köçəryanla eyni ittifaqda birləşmək ehtimalı istisna edilir. Baxmayaraq ki, partiya seçkilərə getməsə onun tərəfdarları Köçəryana meyillənə bilər. Xüsusilə, bu kateqoriyaya Serj Sarksiyanın heç nədən hakimiyyəti Nikol Paşinyana verməsindən narazı olanlar daxildir.

Daha vacib suallardan biri “Respublika” Partiyasının seçkilərə gedəcəyi təqdirdə namizədlər siyahısına kimin rəhbərlik edəcəyidir.

S. Sarksiyan son müsahibəsində deyib ki, “siyasi səngər”dən ayrılmaq niyyətində deyil. Amma partiya seçkilərə gedərsə, onun namizədlər siyahısına kimin rəhbərlik edəcəyinə aydınlıq gətirilmir. Məntiqlə bu siyahıya S. Sarksiyan rəhbərlik etməlidir. Əks təqdirdə siyahıda sabiq Müdafiə maziri Vigen Sarksiyan irəli çıxa bilər. Amma Vigen hazırda ABŞ-da təhsil aldığından bu prosesdə iştirakı ağlabatan deyil.

Digər şanslı siyasətçilərdən sayılan Arpine Ovanisyan isə elan edib ki, partiya üzvlüyünü “dondurub”. Armen Aşotyana gəldikdə, cəmiyyətdə ona münasibət meqativdir. Bu halda əgər Serj Sarksiyan və Robert Köçəryan arasında razılaşma olarsa, siyahıya Köçəryan rəhbəlik edə bilər. Ancaq Sarksiyana yaxın mənbələr belə bir ittifaqın mümkünlüyünü istisna edirlər. Belə olduqda isə Baş nazir Nikol Paşinyanı dəstəkləyən yerli erməni komandası revanşist “Qarabağ klanı”na seçkilərdə növbəti sarsıdıcı zərbəni vurması asanlaşacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.