Bayden bunu Almaniyaya qurban verməlidir - Şakki

29-03-2021, 06:50           
Bayden bunu Almaniyaya qurban verməlidir - Şakki
Bayden administrasiyası “Şimal axını 2” qaz kəmərinin tikintisi məsələsini Almaniya kimi müttəfiqləriylə münasibətlərin gücləndirilməsi üçün qurban verməlidir.

Axar.az xəbər verir ki, bunu Amerika Sahibkarlıq İnstitutunda xarici və müdafiə siyasəti sahəsində tədqiqatların rəhbəri Kori Şakki deyib.

“Müttəfiqlərin mövcudluğu ümumi dəyərlərə əsaslanan qurban tələb edir. Bu o demək deyil ki, digər demokratik ölkələr hər zaman ABŞ-ın istədiyi şeyləri etməlidirlər. Bayden administrasiyası “Şimal axını 2” ilə bağlı Mərkəzi Avropa və Ukraynanı rahatladacaq kompromisə getməlidir.

Əgər Bayden Çinə müqavimət göstərmək istəyirsə, Almaniya ilə münasibətlərin gücləndirilməsi üçün nəyisə qurban verməlidir. “Şimal axını 2” ilə bağlı fikir ayrılığı ABŞ-ın avropalılardan Çinə daha inteqrasiya olunmuş müttəfiqlik yanaşması tələb etdiyi anda baş verir”, - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru