Karapetyan Moskvadan geri qayıtdı – Rusiya ssenarisi?

4-04-2021, 18:16           
Karapetyan Moskvadan geri qayıtdı –
Rusiyada yaşayan erməni milyonçu, Sərkisyanın hakimiyyəti zamanı baş nazir və baş nazirin müavini vəzifələrini daşıyan Karen Karapetyan Moskvadan İrəvana qayıdıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Onu aeroportda keçmiş və hazırkı bəzi məmurlar qarşılayıb.

Karen Karapetyanın İrəvana qayıtması diqqət çəkir. Vaxtilə onun hakimiyyəti Sərkisyandan təhvil almaq üçün Rusiyanın kadrı kimi Ermənistana gəldiyi bildirilirdi. Lakin Sərkisyan hakimiyyəti ona ötürmək əvəzinə özü baş nazir olmaq qərarı verdi. Nikol Paşinyanın küçə inqilabı zamanı isə Karapetyan hakimiyyəti saxlaya bilmədi və Moskvaya getdi.

İndi onun Robert Köçəryanla birləşəcəyi qeyd olunur. K.Karapetyanın geri qayıtması və siyasi mübarizəyə qatılması isə Rusiyanın bəzi dairələrinin Ermənistanda 20 iyun parlament seçkiləri ilə bağlı müəyyən planı kimi xarakterizə olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.