“UKRAYNAYA TƏCAVÜZ TARİXDƏ AXMAQLIQ KİMİ QALACAQ” – Putin nələrdə səhv etdi?

10-03-2022, 12:28           
“UKRAYNAYA TƏCAVÜZ TARİXDƏ AXMAQLIQ KİMİ QALACAQ” –
“Rusiya Ukrayna Prezidentini öldürərsə, müharibə uzanacaq və üsyan qalxacaq...Ukrayna işğal olunsa belə, döyüşlər davam edəcək, ukraynalılar işğalçı əsgərləri bir-bir öldürəcəklər və bunun sonu görünmür"

Vladimir Putin Ukarynaya hücumunu əsaslandırarkən deyir ki, bunu Ukraynanın NATO-ya girməsinin qarşısını almaq üçün edib. Ancaq beynəlxalq analitiklər öz təhlillərində daim vurğulayıblar ki, Putinin başlıca istəyi Rusiya imperiyasını bərpa etməkdir və Ukraynanın NATO-ya qəbul olunmasının qarşısının alınması üçün “məcburi tədbirlərin görülməsi” kimi yanaşmalar sadəcə bəhanədir.

Reallıq budur ki, Kreml rəhbəri Ukrayna xalqının bu səviyyədə əzmlə müqavimət göstərəcəyini təsəvvürünə gətirməyib. Əgər Ukrayna irəlidə də bu cür dirəniş göstərərsə, Rusiya iqtisadi və sosial cəhətdən çox ağır vəziyyətə düşəcək.

ABŞ-ın “The National İnterest” nəşri “Putinin təcavüzü xarici siyasi realizm üçün hansı mənaya gəlir” başlıqlı məqaləsində sözügedən mövzuya toxunub. Həmin məqaləni təqdim edirik:

”Valdimir Putinin Ukarynaya müdaxiləsinin durdurulmasının ən yaxşı vasitələri hazırda aktuallığını itirib. Çünki Rusiya artıq təcavüz planını həyata keçirib. Putinin Ukraynaya soxulmasına qədər sanksiya və embarqo təhdidləri onun ambisiyalarının dayandırılmasına hesablanmışdı. Çoxsaylı embarqolar tətbiq olunub, onların içində Rusiyadan Almaniyaya çəkilən “Şimal axını-2” qaz kəmərinin durdurulması da var.

Ukraynaya müdaxilə təqdirində “Şimal axını-2” qaz kəmərini durduracaqları ilə bağlı almanların xəbərdarlıqları ruslar tərəfindən qulaqardına vuruldu, Putin düşündü ki, almanlar blef edirlər.

Lakin düzünü desək, almanlar əvvəl “Şimal axını-2”-nin ləğvinə ciddi şəkildə yanaşdıqlarını açıq göstərmirdilər. Belə ki, Almaniyanın keçmiş kansleri Gerxard Şröder “Nord Stream AG” və Rusiyanın “Rosneft” enerji şirkətinin direktorlar şurasına daxildir. Rusiya belə bir siqnal almışdı ki, ”Şimal axını-2” ilə bağlı Almaniya hökumətinin xəbərdarlığı sadəcə olaraq, sözdür. Amma gözlənilənin əksi baş verdi.

Biz artıq yeni bir dünyada yaşayırıq. Putin özünün əsl amalını göstərdi və suveren ölkəyə soxuldu. Tarixdə bu təcavüz dahilik yox, axmaqlıq kimi qalacaq. Zaman göstərəcək ki, Putin nəinki ukraynalıların müqavimət səviyyəsini hesablaya bilməyib, o, həmçinin Rusiyaya qarşı Avropa və Amerikanın iradəsinin birləşməsini də ağlına gətirməyib .

Ukraynaya qarşı təcavüzə qədər qoyulacaq sanksiyaların ciddi əhəmiyyəti olmayacaqdı, çünki onlar xeyli zəif xarakter daşıyacaqdı və Rusiyaya konkret təsirlər göstərməyəcəkdi. İndiki sərt sanksiyalar Putini hələ ki, durdurmayıb.

Amma sual olunur ki, görəsən, daha sərt tədbirlər və hətta Rusiya enerji resurslarından tam imtina edilməsi, bu ölkənin davranışlarını dəyişəcəkmi? Cavab bəlli deyil. Əsas odur ki, tətbiq edilən sanksiyalar konkret tələblərə bağlansın. Yəni, Rusiyanın Ukrayndan çıxması tələb olunmalıdır.

Diplomatiya qarşılıqlı güzəşt tələb edir, lakin müharibənin qızğın çağında diplomatiyanın nəticə verəcəyi praktik baxımdan mümkünsüzdür. Rusiyanın təcavüzündən öncə Ukraynanın NATO-ya qəbul edilməsi Moskvanı təxribata çəkmək demək olardı. Ukraynanın alyansa qəbul ediləcəyi barədə iyirmi ildir ki, söz -söhbət gedir, amma bu istiqamətdə heç bir irəliləyiş yoxdur.

Ancaq hər halda, əgər Putinin başlıca məqsədi Ukraynanın NATO-ya üzvlüyünün qarşısını kəsmək idisə, o zaman çox sakitcə danışıqları davam etdirə bilərdi. İndi isə tam əks mənzərə yaranıb. Putinin Ukraynaya soxulmasından sonra Kiyevin NATO-ya qəbul edilmə çağırışları daha ucadan səslənir və bu istək əvvəlkinə nisbətən alyans tərəfindən daha məqbul qəbul edilir.

Ukraynanın NATO-ya tezliklə qəbul olunması yaxşı ideya sayıla bilməz və bu, dünya müharibəsinə gətirib çıxarar. Hər şey öz yerində, lakin gəlin özümüzü aldatmayaq, Putinin məqsədi Ukraynanın NATO-ya qəbul edilməsinin qarşısını almaq olmayıb, onun başlıca məqsədi Rusiya imperiyasını bərpa etməkdir.

Bir çox hallarda müharibə qeyd-şərtsiz kapitulyasiya ilə bitir. Ukraynada belə bir şeyin olacağı qətiyyən inandırıcı görünmür, çünki Putin Ukrayna xalqının müqavimət səviyyəsini qətiyyən təsəvvür etməyib. Əgər Rusiya Ukrayna Prezidentini öldürərsə, müharibə uzanacaq və üsyan qalxacaq. Putin işğal olunmuş Ukrayna ərazisindəki yerli əhalinin Rusiya qaz kəmərinə qarşı sabotaj hazırlamasını da hesaba almayıb. Putin eyni zamanda Avropa və ABŞ-ın yekdilliyini və onların sərt sanksiyalara əl atacaqlarını da gözləmirdi.

Müharibələr çox zaman bu və ya digər formada danışıqlarla sonlanır. Amma Ukrayna öz torpağının qamarlanması ilə necə razılaşa bilər? Böyük ehtimalla əgər hətta Ukrayna işğal olunsa belə, döyüşlər davam edəcək, ukraynalılar işğalçı əsgərləri bir-bir öldürəcəklər və bunun sonu görünmür.

Ukrayna Rusiyadan tam uzaqlaşmaq üçün bir ayağı şərqdə, digər ayağı qərbdə olan neytral ölkə kimi qalcağınıı söyləyə bilərdi. Ancaq ABŞ Konqresindəki şahin qanad dişlərini qıcayaraq deyəcəkdi ki, qətiyyən bu cür vəd verilməməlidir, neytrallıq heç nə qazandırmır.

Amma əslində bu, Ukraynanın öz maraqları uğrunda həm Rusiya və həm də Avropa ilə rəqabət aparmasına imkan yaradır. Bu tərz razılaşmaya yalnız o zaman nail oluna bilər ki, Ukraynanın müqavimət gücü Rusiyanı bu işğalın altından qalxa bilməyəcək vəziyyətə salsın. Ona görə də Ukraynanı uzun və ağır yol gözləyir”./azpolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.