Sergey Lavrov: Məsələnin həlli üçün nəzərdə tutulan bütün səyləri dəstəkləyirik

10-03-2022, 16:22           
Sergey Lavrov: Məsələnin həlli üçün nəzərdə tutulan bütün səyləri dəstəkləyirik
Məsələnin həlli üçün nəzərdə tutulan bütün səyləri dəstəkləyirik. Müzakirələrin alternativi yoxdur. Humanitar dəhlizlərin hər gün açılmasını təklif etdik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada mətbuata açıqlamasında ifadə edib.

Rəsmi Ankaranın vasitəçiliyi əsasında Antalya Diplomatiya Forumu çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşdən sonra mətbuat nümayəndələri qarşısına çıxan Rusiya xarici siyasət idarəsinin rəhbəri Ukrayna böhranı ilə bağlı danışıqları faydalı adlandırıb.

Lavrov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşməyə hər zaman hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru