Lavrov: “Onsuz da heç kimin atəşkəs barədə razılığa gəlmək fikri yox idi”

10-03-2022, 16:29           
Lavrov: “Onsuz da heç kimin atəşkəs barədə razılığa gəlmək fikri yox idi”
“Mən Kulebanın görüşdən sonrakı “Atəşkəs razılaşması” alınmadı bəyanatına təəccüblənmədim. Burada onsuz da heç kimin atəşkəs barədə razılığa gəlmək fikri yox idi”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib.

“Əgər görüşlərin məqsədi Rusiyanın təkliflərini rədd edib öz istədikləri kimi etmək və daha sonra jurnalistlərə “Bizim xoşməramlı təkliflərimiz rədd edildi” deməkdirsə, o zaman bu Ukrayna diplomatiyasının məntiqinə uyğun gəlir”, - XİN başçısı qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru