Zelenski: “İstəyirlər ki, diz üstə çöküb su və çörəyi işğalçının əlindən götürək”

10-03-2022, 17:20           
Zelenski: “İstəyirlər ki, diz üstə çöküb su və çörəyi işğalçının əlindən götürək”
Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə xalqa müraciət edib.

V.Zelenski son müraciətində xüsusən Rusiya ordusunun Ukrayna şəhərlərini mühasirəsinə diqqət çəkib.

Ukrayna lideri hesab edir ki, işğalçı ordu Ukrayna xalqını alçaltmağa çalışır.

“Xalqımızı alçaltmaq istəyirlər. İstəyirlər ki, su və çörəyi diz üstə çöküb işğalçıların əlindən götürək. Onlar istəyir ki, ukraynalılar ancaq işğala məruz qalmış ərazilərə və ya Rusiyaya gedib canlarını qurtara bilsinlər. Ona görə də Mariupolu, Volnovaxanı, başqa şəhərləri mühasirəyə götürürlər. İşğalçılar öz təbliğatçılarına yeni material təqdim etmək üçün qəsdən bu istehzanı təşkil edirlər. Yalnız bunun üçün”, - deyə Volodimir Zelenski vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru