“Rusiya keçmiş İŞİD-çiləri Ukraynaya qarşı istifadə edəcək” - Prezident Ofisi

11-03-2022, 15:58           
 “Rusiya keçmiş İŞİD-çiləri Ukraynaya qarşı istifadə edəcək” - Prezident Ofisi
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın cəlb etdiyi Yaxın Şərq yaraqlılarının keçmiş İŞİD döyüşçüləri olduğunu bildirib. Teref.az “Report”a istinadla xəbər verir ki, bu barədə Ukrayna rəsmisi tviterdə yazıb.

“Nazir Şoyqu da daxil olmaqla Rusiya rəsmiləri Ukrayna mülki vətəndaşlarına qarşı istifadə edilməsi üçün 16 min keçmiş İŞİD döyüşçüsünün cəlb edildiyini açıqlayıb. İŞİD-in cəlb edilməsi və Rusiyanın kimyəvi silahlarla bağlı iddialarının təbliğatı Ukraynada “Suriya ssenarisini” həyata keçirmək cəhdindən xəbər verir”, - deyə M.Podolyak qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.