Sanksiya Rusiyanı diz çökdürəcək?

12-03-2022, 00:04           
Sanksiya Rusiyanı diz çökdürəcək?
“Rusiyaya qarşı sanksiyalar öz məqsədlərinə çatmayacaq və yalnız Qərbə zərbə vuracaq”.

Cebhe.info xəbər verir ki, bunu amerikalı iqtisadçı Ceffri Saks “Spiegel” jurnalına müsahibəsində bildirib.

Mütəxəssis Moskvaya qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin effektivliyinə inanmadığını vurğulayıb.

O, sanksiyaları “Amerika xarici siyasətinin tipik aləti” adlandırıb.

“Lakin onların tez-tez istifadə edilməsinə baxmayaraq, məhdudlaşdırıcı tədbirlər nadir hallarda işləyir”,- deyə mütəxəssis vurğulayıb. Nümunə olaraq o, İran, Şimali Koreya və Venesuelaya qarşı sanksiyaları göstərib. Ekspertin fikrincə, onlara qarşı məhdudlaşdırıcı tədbirlər müvəffəqiyyətsizliyə düçar olub:

"Biz orada rejimləri dəyişmədik və indi daha böyük bir ölkəni diz çökdürmək istəyirik. Rusiya nəhəng dövlətdir, onun sərəncamında 1600 nüvə başlığı var. Rusiyanı diz çökdürmək sadəcə olaraq qeyri-real, qeyri-mümkündür. Mən bunu düşünən insanların beynində nə olduğunu bilmirəm”.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra bir çox Qərb ölkələri Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar elan etdilər. Bundan əlavə, bir çox brendlər ölkədə işlərini dayandırıb.

Kreml bu tədbirləri başqa heç kimə qarşı olmayan iqtisadi müharibə adlandırıb. Eyni zamanda, hakimiyyət hadisələrin bu cür inkişafına hazır olduqlarını və sosial öhdəlikləri yerinə yetirməyə davam edəcəklərini vurğulayıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.