Putin və Lukaşenkonun 5 saatlıq qapalı görüşü:Sürətlə geri qayıdan kortej, naməlum şəxslə sirli telefon danışığı

12-03-2022, 00:06           
Putin və Lukaşenkonun 5 saatlıq qapalı görüşü:Sürətlə geri qayıdan kortej, naməlum şəxslə sirli telefon danışığı
Moskvada Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş başa çatıb.

Cebhe.info xəbər verir ki, iki ölkə liderləri arasında söhbət beş saatdan çox davam edib. Görüş bitəndən sonra prezidentlər mətbuata açıqlama verməyiblər. Lukaşenkonun korteji dərhal hava limanına doğru yola düşüb.

Danışıqların çoxu bağlı qapılar arxasında baş tutub. Danışıqların bu hissəsinə başlamazdan əvvəl Lukaşenko bir neçə bəyanatla çıxış edib.

O, xüsusən də Ukraynanın Belarusa zərbə endirmək niyyətində olduğunu bildirib. Rusiya Prezidenti Vladimir Putin Aleksandr Lukaşenkonu Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun uğurla başa çatması münasibətilə təbrik edib.

Məlumata görə, Rusiya və Belarus liderləri beynəlxalq telefon danışıqları üçün danışıqlara fasilə veriblər. Qeyd olunur ki, Putin və Lukaşenko abunentlə birgə söhbət ediblər. Rusiya və Belarus prezidentlərinin kimin telefon danışığı apardığı açıqlanmır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.