Ukraynanı bombalayan pilotun anasının da bu ölkədə yaşadığı bəlli oldu…-VİDEO

11-03-2022, 21:21           
Ukraynanı bombalayan pilotun anasının da bu ölkədə yaşadığı bəlli oldu…-VİDEO
Rusiya tərəfindən ilhaq olunmuş Krımdan olan təyyarəçi Ukraynanın mülki əhalisini bombalamaq əmrində hansısa cinayət tərkibi olduğunu görməyib. Baxmayaraq ki, valideynləri faktiki olaraq bu ölkənin mərkəzində – Poltava vilayətinin Kremençuq şəhərində yaşayırlar.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin(UTX) mətbuat xidməti məlumat yayıb və pilotun anasının ifadəsini təqdim edib.
Təyyarənin vurulması, Putinin faşist pilotu olan oğlunun isə əsir götürülməsi faktını ana Ukrayna xəbərlərindən öyrənib. O, işğalçı böyütdüyünə görə utandığını söyləyib.
İşğalçının təyyarəsi martın 5-də Nikolayev şəhəri üzərində vurulub və o, əsir götürülüb. Hazırda UTX-nin müstəntiqləri və əks-kəşfiyyatçıları onun dindirilməsini davam etdirirlər.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.