“Kiyev mühasirədədir, lakin paytaxt özünümüdafiəyə hazırdır” – Podolyak AÇIQLADI

11-03-2022, 22:16           
“Kiyev mühasirədədir, lakin paytaxt özünümüdafiəyə hazırdır” –
“Kiyev mühasirədədir, lakin müdafiə yaxşı düşünülüb. Yoxlama məntəqələrindəki hərbçilər yaxşı silahlanıb”.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə prezident administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib:

“Rusiya qoşunları Kiyevi mühasirəyə alıb, lakin Ukrayna paytaxtı özünü müdafiə etməyə hazırdır. Ölkə rəhbərliyi də yerindədir” – deyə o bildirib.

Podolyak əlavə edib ki, şəhər döyüşə hazırdır: “Müdafiə yaxşı düşünülüb, təchizat qaydasındadır. Keçid məntəqələrindəki döyüşçülər diqqətli və peşəkardır. Ölkənin siyasi rəhbərliyi Ukraynada tam fəaliyyət göstərir” – o vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya ordusunun yaxın günlərdə Kiyevə yeni hücuma hazırlaşa biləcəyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru