Rusiya Ukrayna bataqlığında bu cür batır

12-03-2022, 00:09           
Rusiya Ukrayna bataqlığında bu cür batır
Rusiya rəsmən xaricdən, əsas da Yaxın Şərqdən “könüllüləri” gətirib Ukraynada döyüşlərə atmaq istəyir.

Axar.az xəbər verir ki, bu barədə ReAL İH üzvü Natiq Cəfərli fikirlərini bölüşüb.

Onun sözlərinə görə, burada bir neçə məqsəd var:

“1) Rusiya zamanın ona qarşı işlədiyini bilir; ona görə də daha sərt addımlara əl ata bilər ki, Ukrayna əhalisi içinə qorxu, xof salıb müqaviməti məhv etsin - qondarma “respublikaların” əli ilə, onların əsgi parçası olan “bayrağı” altında radikallar Ukraynada qorxu yaymaq istəyəcək, kütləvi qətillər, genosid həyata keçirməyə cəhd edəcək;

2) Rusiya əsgərinin, etnik rusların Ukraynada vuruşmağa motivasiyası yoxdur, kütləvi vəhşilikləri onların əli ilə etmək olmaz, mümkün deyil, amma terrorçular bunu edə bilər”.

Ekspertin fikrincə, bu qərarın əks təsiri ola bilər:

“Rusiya tələsir, tələsdikcə də batır, Ukrayna bataqlığında çabalayır, bu isə daha dərinə batmağa səbəb olur - terrorçuların gətirilməsi, əlində silah Ukraynaya göndərilməsi növbəti böyük səhvdir: Təsəvvür edin ki, rus əsgəri və zabiti qarşısında slavyan/pravoslav ukraynıların olduğunu bilir, bu, zatən ona vicdan əzabı verir və birdən onunla yanaşı döyüşən terrorçu, "Alahu-əkbər" deyərək, onunla eyni dildə danışan, eyni dindən olan slavyana atəş açır – bu, çox böyük psixoloji effekt yarada, hətta rus əsgərini yanında durana atəş açmağa və ya könüllü əsir düşməyə vadar edə bilər.

Kreml bu gün iqtisadiyyatda da səhv, yanlış addımlar atır - ölkəni 1917-ci ilə, bolşeviklərin ilk günlərinə qaytarır (milliləşdirmə, qadağalar, biznes məntiqininin qətli), amma anlamır ki, 1917-ci il Rusiyada 1918-1920-ci illəri, 13-14 mln. insanın həlak olduğu Vətəndaş müharibəsini “doğdu”...”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.