“NATO-da ola bilməsək, öz ətrafımızda buna bənzər nə isə quracağıq” - Kuleba

12-03-2022, 08:54           
“NATO-da ola bilməsək, öz ətrafımızda buna bənzər nə isə quracağıq” - Kuleba
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna hakimiyyəti Rusiyanın neytral status tələbini müzakirə etməyə hazırdır.

O, izah edib ki, “bitərəflik” dedikdə Ukrayna rəhbərliyini nəzərdə tutur.

“Əgər biz NATO-nun üzvü ola bilməsək, o zaman öz ətrafında NATO-ya bənzər nə isə qura bilərik”, -deyə XİN rəhbəri vurğulayıb.

O qeyd edib ki, NATO-ya alternativ qurum Ukraynaya təhlükəsizlik zəmanəti verməyə qadir olan ölkələri əhatə edəcək.

Xatırladaq ki, Ukraynanın mümkün neytral statusunu müzakirə etməyə hazır olduğunu bu yaxınlarda Prezident Aparatının nümayəndəsi İqor Jovkva da bildirib. Bununla belə, o, Ukraynanın təhlükəsizlik zəmanəti tələb etdiyini də qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru