“Müharibəni yalnız Putin və Şoyqu davam etdirmək istəyir”

12-03-2022, 08:26           
“Müharibəni yalnız Putin və Şoyqu davam etdirmək istəyir”
"Ukrayna Rusiyanın bütün planlarından xəbərdardır və müharibəni yalnız Putin və Şoyqu davam etdirmək istəyir".
Teref.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin rəisi Kirill Budanov deyib.

"18 batalyon taktiki qrupu döyüş qabiliyyətini tamamilə itirib, daha 13-ü tamamilə məhv edilib. 31 batalyon taktiki qrupu faktiki olaraq iki həftə ərzində döyüş qabiliyyətini itirib. Bunlar rusların indiyədək heç vaxt görmədiyi dəhşətli itkilərdir" - Budanov qeyd edib.

O bildirib ki, kəşfiyyat Rusiyanın demək olar ki, bütün planlarını bilir:

"Böyük ofislərdə bəzi ideyalar yaranan kimi biz onlar haqqında dərhal xəbərdar oluruq. Bir daha deyirəm, Ukraynanı hərbi yolla ələ keçirmək üçün edilən cəhdlər uğursuz olacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru