Rusiyada 25 milyon əsgər var, suriyalı döyüşəcək?

12-03-2022, 10:08           
Rusiyada 25 milyon əsgər var, suriyalı döyüşəcək?
Suriyalı döyüşçülər Ukrayna ilə müharibədə yararsızdır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.

“Putin və Şoyqunu Suriyadan muzdlu döyüşçülərin cəlbi ilə bağlı açıqlamaları acizliyin göstəricisidir. Tamamən cəfəngiyyatdır. Əgər rusdillilər burada döyüşmək istəmirlərsə, suriyalılar necə döyüşəcək? Birincisi, rus dilində danışa bilmirlər, ikincisi də səhrada döyüşməyə alışıblar. Bizdə isə meşə və bataqlıqlardır. Rusiyada 25 milyon səfərbərlik ehtiyatı var. Lakin Putin anlayır ki, heç kim döyüşmək istəmir”, - deyə Geraşenko bildirib.

Qeyd edək ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Yaxın Şərqdən 16 min nəfərdən çox insanın döyüşmək üçün müraciət etdiyini bildirmiş, Putin də bu ideyanı dəstəkləmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.