ABŞ Rusiyaya qarşı sanksiyaların yumşaldılması şərtini açıqladı
12-03-2022, 11:17
Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı hazırkı siyasi kursu dəyişməyincə, Vaşinqton Rusiyaya qarşı sanksiya təzyiqlərini azaltmayacaq. AzVision.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. “Prezident Putin siyasi kursu dəyişməyincə Rusiya üçün yaratdığımız və yaratmağa davam edəcəyimiz sanksiyaların yumşaldılması olmayacaq”, - deyə Ned Prays vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Rusiyaya dollar əskinaslarının satışını və ya digər tədarükünü qadağan edən sərəncam imzalayıb. Sənədə əsasən, ABŞ dollarında nominalda olan əskinasların birbaşa və ya dolayı yolla Rusiya hökumətinə və ya Rusiyada yerləşən hər hansı şəxsə ixracı, təkrar ixracı, satışı və ya tədarükü qadağandır.