Ev dustağı olan məşhur FTX generalı ilə İrəvanı nə bağlayır? - İLGİNC

12-03-2022, 12:02           
 Ev dustağı olan məşhur FTX generalı ilə İrəvanı nə bağlayır? - İLGİNC
Erməni siyasətçi Tiqran Qriqoryan yerli mediaya maraqlı açıqlamalar verib. DİA.AZ AzVision.az-a istinadla xəbər verir ki, o, tezliklə Moskvada Ermənistanla "məşğul olan" dairələrdə ciddi dəyişikliklərin olacağını iddia edib.
Qriqoryan buna səbəb kimi, Rusiyada Federal Təhlükəsizlik Xidməti (FTX) generallarından birinin Ukrayna hadisələrinə görə saxlanılmasını göstərib.

Rusiyada maraqlı hadisələr baş verir. Rusiya xüsusi xidmət orqanları üzrə ən yaxşı ekspert sayılan və sistem daxilində ciddi əlaqələri olan tanınmış jurnalist və yazıçısı Andrey Soldatov çox ciddi bir iddia irəli sürüb. Onun sözlərinə görə, FTX-nin "5-ci xidməti"nin rəhbəri, general Sergey Orestoviç Beseda və onun müavinlərindən birinə qarşı ev dustaqlığı tətbiq edilib.

Soldatovun mənbələri bildirirlər ki, "5-ci xidmət"ə qarşı repressiyaların səbəbi Ukraynada agentura iş üçün ayrılan vəsaitlərin mənimsənilməsi, eləcə də xidmətin Ukraynanın daxili siyasi vəziyyəti ilə bağlı bilərəkdən yalan məlumat verməsidir.

FTX-nin "5-ci xidməti" 1990-cı illərin sonunda yaradılıb və postsovet məkanında xarici kəşfiyyat funksiyalarını yerinə yetirir. Ermənistan və Qarabağ istiqamətində işlərin əlaqələndirilməsi də eyni xidmət tərəfindən həyata keçirilir. "5-ci xidməti"n Ermənistan və Qarabağdakı "rol"u xüsusilə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra artdı. Bu şöbənin fəaliyyətindən il yarım əvvəl “Civilnet” rubrikamda da yazmışdım.

Qeyd edim ki, Sergey Beseda FTX-nin ən nüfuzlu generallarından biridir, ona qarşı repressiyalar bütün "5-ci xidmət"də ciddi dəyişikliklərin başlanğıcı ola bilər. Dəyişikliklər Ermənistan və Qarabağla məşğul olan departamentlərə və məmurlara təsir edə bilər, - siyasətçi deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.