Rusiya ABŞ-a qarşı sanksiyalar tətbiq edəcək

12-03-2022, 14:37           
Rusiya ABŞ-a qarşı sanksiyalar tətbiq edəcək
“Rusiya ABŞ-a qarşı sanksiyalar tətbiq edəcək”.

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Birinci kanal”a müsahibəsində deyib.

O söyləyib ki, rəsmi Moskva ABŞ-a qarşı adekvat addımlar atacaq.

“ABŞ-a qarşı sanksiyaların siyahısı hazırdır. Rusiya tezliklə ABŞ və digər Qərb ölkələrinə sanksiyalar tətbiq edəcək. Rusiya ilə ABŞ arasındakı münasibətlərdə maskalar atılıb, artıq iqtisadi müharibə elan olunub. Bizim ABŞ rəsmiləri ilə əlaqələrimiz kəsilmir. Səfirliklərimiz və digər nümayəndələrimiz vasitəsilə əlaqələrimiz davam edir”, - S.Ryabkov bildirib.

Nazir müavini Rusiyanın ABŞ-a tətbiq etdiyi sanksiyaların yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru