Ermənilər Simonyanı rüsvay etdilər - VİDEO

12-03-2022, 14:46           
Ermənilər Simonyanı rüsvay etdilər - VİDEO
"Russia Today"ın baş redaktoru Marqo Simonyan martın 8-də Twitter-də guya Ermənistanda çəkilmiş video paylaşmışdı.

Milli.Az bildirir ki, M.Simonyan yazmışdı: "Ermənistanda isə bax belə təbrik etdilər. Sadəcə, baxın".

Videoda gecə saatlarındakı İrəvanı, habelə "Ana Ermənistan" abidəsini görmək olar. Habelə, kadrlarda işıq salan dronlardan düzəlmiş 8 rəqəmi var ki, sonradan "Z" hərfinə çevrilir. Daha sonra "V" hərfi peyda olur.

Xatırladaq ki, Ukraynada müharibə aparan Rusiyanın texnikasında bu hərflər var.

Erməni Seda Qriqryan videonu araşdırıb və sübut edib ki, İrəvandakı aksiyada "Z" və "V" hərfləri olmayıb, M.Simonyan kadrları sonradan montaj vasitəsilə əlavə etdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru