177 Nobel mükafatçısının Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyən MƏKTUBU DÜNYA NƏŞRLƏRİNDƏ - FOTO

13-03-2022, 08:09           
177 Nobel mükafatçısının Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyən MƏKTUBU DÜNYA NƏŞRLƏRİNDƏ - FOTO
Dünyanın aparıcı nəşrlərində 177 Nobel mükafatçısının Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyən məktubu dərc olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Yəhudi Konfederasiyasının prezidenti Boris Lojkin öz Facebook səhifəsində məlumat verib.

Məktubun müəllifləri müharibəni və “Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın mövcudluğunun legitimliyini inkarını” pislədiklərini bildiriblər.

“Rusiyanın işğalı onilliklər ərzində Rusiyanın beynəlxalq reputasiyasına xələl gətirdi. Bu, onun iqtisadi inkişafına əngəl törədəcək, xalqı üçün sıxıntı mənbəyinə çevriləcək. Tətbiq olunan sanksiyalar istedadlı və zəhmətkeş rusların dünya üzrə hərəkət azadlığını məhdudlaşdıracaq. Niyə Rusiya ilə dünya arasında divar hörmək lazımdır?”, – deyə onlar sual ünvanlayıblar.

Müraciəti bütün kateqoriyalar üzrə 170-dən çox Nobel mükafatı laureatı imzalayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru