Ukrayna və Rusiya işçi qruplar yaradıblar

13-03-2022, 00:03           
Ukrayna və Rusiya işçi qruplar yaradıblar
Ukrayna və Rusiya bu gün - martın 12-də müharibəyə son qoymaq üçün danışıqların növbəti raundunu keçirib. Nümayəndə heyətləri xüsusi işçi alt qrupların yaradılması barədə razılığa gəliblər.
Bu barədə “RBK-Ukraina” Ukraynanın danışıqlar nümayəndə heyətində təmsil olunan Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyaka istinadən xəbər verir.

"Rusiya nümayəndə heyəti ilə danışıqlar videoformatda fasiləsiz davam edir. Xüsusi işçi alt qruplar yaradılıb. Ukraynanın mövqeləri əvvəlki ən sərt direktivlərlə müəyyən edilib", - Podolyak deyib.

Ukrayna nümayəndə heyətinin nümayəndəsi yaradılan işçi alt qrupların hansı məsələlərlə məşğul olacağı barədə məlumat verməyib.
Xatırladaq ki, bu gün Rusiya tərəfi Ukrayna ilə videokonfrans formatında danışıqların aparıldığını elan edib. Lakin Kreml detalları açıqlamayıb.
Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru