Rəsmi Moskva müharibəni dayandırmaq istəmədi: Yeni sanksiyalar açıqlana bilər

13-03-2022, 09:13           
Rəsmi Moskva müharibəni dayandırmaq istəmədi: Yeni sanksiyalar açıqlana bilər
Yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər.

Bu barədə məlumat Vladimir Putin, Emmanuel Makron və Olaf Şolts arasında baş tutan danışıqlardan dərhal sonra Yelisey Sarayı tərəfindən ictimailəşdirilib.

Yelisey Sarayından verilən məlumatda həmçinin qeyd olunur ki, Moskva danışıqlar zamanı müharibənin dayandırılması üçün heç bir istək nümayiş etdirməyib.

Xatırladaq ki, Rusiya, Fransa və Almaniya liderləri Moskvanın Ukrayna ilə bağlı tələblərinin yerinə yetirilməsi üçün işlənən razılaşmalarla bağlı məsələləri müzakirə ediblər.

Mənbə: Bfm.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru