MN sosial şəbəkələrdə yayılan video və fotolarla bağlı AÇIQLAMA YAYDI

13-03-2022, 13:12           
MN sosial şəbəkələrdə yayılan video və fotolarla bağlı AÇIQLAMA YAYDI
Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini əks etdirən video və fotolar yayılır.

Bildiririk ki, yayılan bu video və fotolar Vətən müharibəsi zamanı və əvvəllər keçirilmiş müxtəlif təlimlərdə qeydə alınan köhnə görüntülərdir.

Hazırda Azərbaycan Ordusunun heç bir yerdəyişməsi və hərəkəti həyata keçirilmir.

Bu mövzuda aparılan müzakirələr ictimaiyyətdə yanlış rəyin formalaşmasına, eyni zamanda hərbi və dövlət sirlərinin yayılmasına səbəb olur.

Sosial şəbəkə istifadəçilərini bu cür təxribatlara uymamağa, həmçinin rəsmi təsdiqini tapmayan məlumatları yaymamağa çağırırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru