“ABŞ müttəfiqlərini müdafiə etməyə hazırdır” - Pentaqon

14-03-2022, 00:01           
“ABŞ müttəfiqlərini müdafiə etməyə hazırdır” - Pentaqon
ABŞ NATO-dakı müttəfiqlərini qorumağa hazırdır, lakin lazım gələrsə, münaqişənin aradan qaldırılması üçün Rusiyanın Müdafiə Nazirliyi ilə də təmaslara hazırdırlar.

Bunu “Fox News” telekanalına müsahibəsində Pentaqonun sözçüsü Con Kirbi Ukraynanın qərbindəki vəziyyətlə bağlı xəbərləri şərh edərkən deyib.

“Biz NATO müqaviləsinin beşinci maddəsinə çox ciddi yanaşırıq. Artıq vitse-prezident və müdafiə nazirinin dediyi kimi, bizdən birinə silahlı hücum hamıya qarşı hücum hesab olunur”, - o deyib.

Pentaqonun sözçüsü əlavə edib ki, NATO alyansın ərazisini qorumaq zərurəti yaranarsa, şərq cinaha qüvvələr yeridir: “Biz Rusiyaya açıq şəkildə bildirdik ki, NATO ərazisi təkcə ABŞ deyil, həm də müttəfiqlərimiz tərəfindən müdafiə olunacaq”.

Kirbi bununla belə, mümkün insidentlər zamanı Rusiya ilə mövcud əlaqə mexanizmlərindən istifadə olunacağını istisna etməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.