Rusiya Suriya və Liviyada muzdlu hərbçilərin toplanması mərkəzləri açdı - Ukrayna kəşfiyyatı

14-03-2022, 00:02           
Rusiya Suriya və Liviyada muzdlu hərbçilərin toplanması mərkəzləri açdı -
Rusiya Suriya və Liviyada muzdlu əsgərlərin toplanılması üçün mərkəzlər açıb. APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiya Suriyada Bəşər Əsəd rejiminin nəzarətində olan ərazilərdə (Dəməşq, Hələb, Həma, Raqqa və Deyr əz-Zor) 14 muzdlu əsgər toplama mərkəzi açıb. Qısamüddətli təlimlərdən sonra bu muzdlular Xmeymim aviabazasından iki Tu-134 (80-ə qədər sərnişin) və Tu-154 (180-ə qədər sərnişin) təyyarələri ilə Moskva vilayətinin Çkalovski aviabazasına gətiriləcəklər.

Kəşfiyyat xidməti bildirib ki, son günlər Rusiya artıq xeyli sayda suriyalı muzdlu əsgəri Rusiya qüvvələrinə cəlb olunması üçün toplayıb.

"Xüsusilə, onlar “Milli Müdafiə Milisi” adlanan qruplaşmanın və Suriya Silahlı Qüvvələrinin 5-ci korpusunun bölmələrinin üzvləridir.

Suriyalıların ukraynalılara qarşı ağır artilleriya və snayper silahlarından istifadə edəcəyi gözlənilir.

Həmçinin, Rusiyanın Liviyadan olan muzdluları Ukraynada hərbi əməliyyatlarda iştirak etmək üçün hazırlaması ilə bağlı məlumat da təsdiqlənib.

Rusiya xarici muzdlulara aylıq 300 - 600 dollar arası maaş verəcək", Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.