İran Səudiyyə Ərəbistanı ilə danışıqları dayandırdı

14-03-2022, 00:01           
İran Səudiyyə Ərəbistanı ilə danışıqları dayandırdı
İran Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq üçün danışıqlar prosesini birtərəfli qaydada dayandırmaq qərarına gəlib.

Teref.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Nurnews” məlumat yayıb. Qərarın səbəbləri göstərilmir.

Bundan əvvəl İraqın xarici işlər naziri Fuad Hüseyn Türkiyədə Anadolu Forumunda deyib ki, İran və Səudiyyə Ərəbistanı martın 16-da İraqda danışıqların beşinci raundunu keçirəcək.

2021-ci il ərzində Tehran və Ər-Riyad münasibətlərin normallaşdırılması imkanları ilə bağlı danışıqlar aparıblar, bu məqsədlə Bağdadda dörd görüş keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru